AZ

Tiktokçu platik əməliyyat qurbanı olub - İddia

Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, hadisə "Mərcan" klinikasında baş verib.

23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.

Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, əməliyyata görə 5000 manat ödəniş edilib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb.

Xəstə bu barədə həkimə məlumat versə də, həkim buna laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və dünyasını dəyişib. 

Vəfat edən Nərmin Mehdiyeva bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var. 


Telegram kanalımız
Seçilən
4
26
yenisabah.az

10Mənbələr