AZ

Almaniya Avropa İttifaqından çıxa bilər

Almaniyada Avropa İttiifaqı (Aİ) əleyhinə bəyanatlar artmaqdadır.

Bloomberg xəbər verir ki, Almaniya üçün Alternativ (AfD) partiyası seçki proqramı çərçivəsində Almaniyanı Avropa İttifaqından çıxmağa çağırıb.

 Agentlik AfD-nin kansler namizədi Alise Veydeldən sitat gətirir: "Bizə nə etdikləri barədə heç bir fikri olmayan və bizim Avropa İttifaqındakı əsaslarımızı məhv edən bütün bu bürokratlara ehtiyacımız yoxdur".

Onun sözlərinə görə, Avropa İttifaqı indiki vəziyyətində yaxşı işləyən qurum deyil.  Bundan əlavə, siyasətçi Aİ-ni Almaniyanın avtomobil sənayesini məhv etdiyinə görə tənqid edib və blokun azad ticarət zonasına çevrilməsini təklif edib.

Veydel əlavə edib ki, Almaniyanın avtomobil sektoru Avropa Birliyinin 2035-ci ilə qədər yeni yanacaq mühərrikli avtomobillərin satışına qadağası ilə qarət edilib.

Tural

Seçilən
36
news365.az

1Mənbələr