"Çelsi" müdafiəçisi Coş Açimponqla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
18 yaşlı futbolçunun müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkdiyi bildirilib.
Açimponq 8 yaşından "zadəganlar"ın strukturundadır. O, London təmsilçisinin əsas komandasında ötən həftə debüt edib. Gənc arxa xətt oyunçusu UEFA Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turunun oyununda - "Astana" ilə səfər matçında (3:1) start "11-lik"də yer alıb. Coşun adı İngiltərə Premyer Liqasının son turunda "Brentford"a qarşı keçirilən görşün (2:1) iştirak ərizəsinə də salınıb.
Nihat