AZ

Tovuzda məktəbdə zəhərlənmə: 20-yə yaxın şagird xəstəxanaya yerləşdirildi

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva Qasımova Yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib:

“Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin  2 sinfində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.  Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür”.

Seçilən
10
21
yeniazerbaycan.com

10Mənbələr