Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verib.
Bildirilib ki, 71 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”,- deyə məlumatda qeyd edilib.
***
14:38
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.
***
13:56
Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.