AZ

Qərbi Azərbaycana qayıdış sülh üçün şərtə çevrilir

"Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib”. 

Bu sözləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində bildirib. Dövlət başçısı bəyan edib ki, 1980-ci illərin sonunda Ermənistanda vaxtilə yaşamış azərbaycanlılar öz dədə-baba yurdlarından məcburi şəkildə deportasiya olunub:

“Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. 

Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur”. 

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan ilə Ermənistan arasında dialoq davam etməlidir:

“Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq, hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Qərbi Azərbaycan məsələsi beynəlxalq platformalarda daim gündəmdə saxlanılmalıdır. 

“Qərbi Azərbaycan İcması rəsmi olaraq Ermənistanın indiki rəhbərliyinə deportasiyaya məruz qalan azərbaycanlıların öz dədə-baba yurdlarına təhlükəsiz şəraitdə qayıtmaları üçün müraciət edib.

Amma təəssüf ki, müraciətə bu günə qədər cavab verilməyib. Cavab verilməməsinin səbəbi budur ki, Ermənistan hələ də Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyib. Beynəlxalq hüququn normalarına, o cümlədən təkzibolunmaz tarixi arqumentlərə görə, deportasiyaya məruz qalmış soydaşlarımız öz dədə-baba yurdlarına qayıtmalıdırlar. Amma Ermənistan buna imkan vermir, heç cür şərait yaratmaq istəmir”. 

O deyib ki, Ermənistanın indiki rəhbərliyi də əvvəlki hakimiyyətlər kimi məkrli erməni mövqeyinə uyğun siyasət yürüdür:

“Halbuki müxtəlif tribunalardan, müxtəlif platformalardan guya sülhpərvər olduğunu bəyan edir. Ancaq reallıq onu göstərir ki, İrəvan Azərbaycanın Cənubi Qafqazda əbədi sülhü və təhlükəsizliyi bərqərar edəcək fundamental təkliflərinə əhəmiyyət vermir. Paşinyan bir tərəfdən real Ermənistandan danışır, digər tərəfdən isə ayrı-arı ölkələrdən dəvət etdiyi nümayindələrə saxta erməni tarixi təqdim edir. 

Uzun illər ərzində Ermənistan cəmiyyəti zəhərlənib. Bu cəmiyyətdə antitürk əhval ruhiyyəsi hökm sürür və antibəşəri fikirlər nəsildən nəsilə ötürülüb. Ermənistanda aparılan son sorğuya görə, ermənilərin 90 %-i Azərbaycanla sülh şəraitində yaşamaq istəmir. Bu cəmiyyətlə biz necə barışa bilərik? Heç cür mümkün deyil. Onlar özlərini normal insan kimi aparmaq istəmirlər, bizlərə qarşı tarixi düşmənçiliyi davam etdirmək niyyətindədirlər. 

Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələyə ciddi şəkildə aydınlıq gətirdi, bir daha Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi. Qərbi azərbaycanlılar öz tarixi və dədə-baba torpaqlarına qayıtmalıdırlar”. 

O bildirib ki, eyni zamanda beynəlxalq ictimaiyyətdə Qərbi Azərbaycan məsələsi daha da qabardırmalıdır:

Seçilən
15
cebheinfo.az

1Mənbələr