AZ

Roqun SES-in regiona təsiri: daha səmərəli layihələr var

Yazını böyüt
Yazını kiçilt

“Sərhədsiz çaylar” beynəlxalq ekoloji koalisiyası əvvəllər Dünya Bankı Direktorlar Şurasının üzvlərinə göndərilmiş Tacikistanda Roqun SES layihəsinin tamamlanması üçün alternativ variantları araşdıran hesabatını təqdim edib.

Hafta.az-ın yazır ki, hesabat müəlliflərinin fikrincə, Vaxş çayı üzərində Roqun SES-in tikintisinin başa çatdırılmasının optimal variantı ilə bağlı məsuliyyətli qərarın qəbulu Tacikistanda enerji sektorunun müasir şəraitdə aktual olan alternativ inkişaf yollarını və yaranacaq təsirləri müqayisə etmədən mümkün deyil. Hesabatda qeyd edilir ki, mənfi nəticələrin risklərinin azaldılmasını və 335 metr yüksəklikdə olan 6,4 milyard dollarlıq nəhəng bəndə qoyulacaq investisiyanın gəlirinin artırılmasını nəzərdə tutan layihəni başa çatdırmaq üçün ən effektiv variantı seçmək mümkün olmayacaq.

Ekoloqların öz hesabatlarında qeyd etdiyi kimi, dünyanın ən hündür bəndinin tikintisi ilə maksimum variant üzrə Roqun SES-in tam başa çatdırılması barədə qərar qəbul olunsa belə (bu variant Dünya Bankı direktorlar şurası tərəfindən nəzərdən keçirilir), nəhəng su elektrik stansiyasının tikintisi zamanı yaranacaq kəskin problemlər həll olunmamış qalacaq. Xüsusilə, Tacikistanda elektrik enerjisinin kəsilməsi əvvəlki kimi - ən azı 2036-cı ilə qədər davam edəcək. Maksimum ölçüdə su anbarının yaradılması Roqun SES-in aşağı axınında yerləşən UNESCO-nun Ümumdünya İrsi siyahısında olan Tıqrovaya Balka Təbiət Qoruğunun Tuqay meşələrinə, nəsli kəsilməkdə olan kürəkburun növlərinin son populyasiyalarına mənfi təsir riskini xeyli artıracaq.

Bu arada, nəzərə alaq ki, Vaxşda, eləcə də Tacikistan, Özbəkistan, Türkmənistan və Əfqanıstanda ən azı 7 milyon insanın yaşadığı çaylar boyu münbit düzənliklərdə rifah tamamilə suvarılan əkinçilikdən asılıdır.

Hesabat inandırıcı şəkildə nümayiş etdirir ki, hətta müasir reallıqlarda belə neqativ ssenarinin qarşısını almaq olar. Eyni məbləğlə, Roqun SES-də daha alçaq bəndin tikintisini aparmaq, qənaət edilən vəsaitlərdən istifadə etməklə vahid enerji kompleksinə birləşdiriləcək günəş elektrik stansiyalarını inkişafı etdirmək olar ki,  bununla da iqtisadi və sosial xərcləri xeyli azaltmaq mümkündür. Xüsusilə, Roqun SES bəndinin layihə hündürlüyünün 70 metr azaldılması 40 minə yaxın yerli sakinin köçürülməsinin qarşısını alacaq və beləliklə, məcburi köçürmə hazırda köçürülməsi planlaşdırılan insanların sayının yalnız üçdə birinə təsir edəcək.

“Sərhədsiz Çaylar” koalisiyasının apardığı ilkin qiymətləndirmələr aydın şəkildə göstərir ki, Tacikistanda iri günəş enerjisi istehsalının inkişafı və kiçik Roqun su elektrik stansiyasının tikintisinin başa çatdırılması ilə birləşməsi 2030-2031-ci illər üçün ölkədə qışda elektrik enerjisi çatışmazlığını tam ödəməyə imkan verə bilər. Bundan əlavə, Tacikistanın vahid enerji sistemi daxilində enerji mənbələrinin şaxələndirilməsi enerji sektoru və iqtisadiyyat üçün riskləri əhəmiyyətli dərəcədə azaldacaq, ölkənin iqlim dəyişikliyinə qarşı dözümlülüyünü artıracaq.

Seçilən
7
1
hafta.az

2Mənbələr