AZ

Zelenski NATO-nun baş katibi ilə müzakirələr apardı

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Belçikanın paytaxtı Brüsseldə baş tutan görüşlə bağlı "X" hesabında paylaşım edib.

"Danışıqlar Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və birlikdə əldə etməyə çalışdığımız sülhün etibarlılığının təmin edilməsinə yönəldilib. Biz NATO baş katibi Mark və bütün tərəfdaşlarımıza hava hücumlarından müdafiəmizi gücləndirmək və effektiv təhlükəsizlik təminatları əldə olunması istiqamətində birgə işləmək səylərinə görə təşəkkür edirik", - deyə paylaşımda qeyd olunub.

Zelenski bildirib ki, fəal diplomatiya sayəsində, Alyans Ukraynanın mümkün qədər güclü olması üçün hər şeyi edəcək.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
9
teleqraf.com

1Mənbələr