AZ

Blinken Ukraynaya verilən  milyardlardan danışdı:“Nəticədə bizdə yaxşı iş yerləri açıldı”

Vaşinqton Ukraynaya yardım üçün 100 milyard dollar, ABŞ-nin müttəfiqləri və tərəfdaşları isə təxminən 150 milyard dollar xərcləyib.

KONKRET.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Entoni Blinken bunu  Nyu-Yorkda keçirilən Xarici Əlaqələr Şurasının sessiyasında deyib. O,  qeyd edib ki, həmin vəsaitin böyük hissəsi hərbi sənaye kompleksinə xərclənib:  “Biz Ukraynanın müdafiəsinə  təxminən 100 milyard dollar, müttəfiqlərimiz və tərəfdaşlarımız isə 150 milyard dollar xərcləyib. Yeri gəlmişkən, insanlara izah etmək lazımdır ki, Ukraynanın müdafiəsinə göndərdiyimiz pullar əsasən  ABŞ-də öz müdafiə sənayesi bazamızı istehsal etmək, ukraynalıların özlərini müdafiə etmək üçün lazım olanı qurmaq üçün xərclənib. Nəticədə Amerikada yaxşı iş yerləri açıldı”, – deyə Blinken bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr