Sudan sanksiya təhdidi səbəbindən öz ərazisində Rusiya hərbi-dəniz bazasının yerləşdirilməsindən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Qeyd olunub ki, bazanın Port-Sudanda inşası 2019-cu ildə müzakirə olunub və ölkələr arasında razılaşma imzalanıb, amma Sudanındakı vətəndaş müharibəsi səbəbindən bu razılaşma ratifikasiya edilməyib.
"The Moscow Times"ın Sudan kəşfiyyatına istinadən yazdığına görə, ruslar barter təklifi ediblər və Sudanı "S-400" zenit-raket kompleksi ilə təmin etməyi təklif ediblər.
Lakin təklif ABŞ və digər Qərb ölkələrinin mənfi reaksiyalarından narahatlıq səbəbindən rədd edilib.
Eyni müzakirələri İran da aparır, bu dəfə Livan və Suriyada mövqelərini itirməsindən sonra Sudanı hərbi dəstəklə təmin etmək təklifini verir.
Musavat.com