AZ

Kadırov Rusiyanın Suriya üzrə nümayəndəsi təyin edilib

Kadırov Rusiyanın Suriya üzrə nümayəndəsi təyin edilib. Bu barədə “Novaya qazeta” yazır.

Belə ki, dekabrın 9-da Kadırov bir həftəlik Moskvaya səfər edib və orada Putin də daxil olmaqla bir sıra görüşlər keçirib. Lakin nərin yazdığına görə, bu görüşün rəsmi təsdiqi yoxdur.

Sızan məlumatlara görə, Putin Kadırovla onun Rusiya hakimiyyəti ilə “Həyat Təhrir əş-Şam” (HTŞ) yaraqlıları arasında vasitəçi olması üçün onun bütün rəsmi və qeyri-rəsmi Yaxın Şərq təmaslarını gücləndirmək imkanını müzakirə edib. Qeyd olunur ki, bunun müqabilində Kadırov “Wildberries” ətrafında münaqişənin öz xeyrinə həllinə nail olub.

“İndi Moskva Suriya hərbi bazaları ilə bağlı məsələni təcili həll etməlidir və Kadırov bacararsa, Putin Wildberries məsələsinin onun xeyrinə həllini əirgəməyəcək”, deyə mənbə vurğulayır.

Xatırladaq ki, sentyabrın 18-də Moskvadakı “Wildberries” ofisində çeçen və inquş tərəflərinin nümayəndələri arasında münaqişə zəminində atışma baş verib. Sosial şəbəkələr Kadırovun izləyicilərini münaqişənin təşəbbüskarı olmaqda və onları inquşlara qarşı düşmən münasibətində ittiham ediblər.

Ülviyyə, Hurriyyet.az

 

 

 

Seçilən
21
1
hurriyyet.az

2Mənbələr