Azərbaycanın Baş naziri Əli Əsədov Adılbek Qasıməliyevə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda Azərbaycanla Qırğızıstan arasında ümumi tarixi köklər və mənəvi dəyərlər üzərində qurulmuş ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.
Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının artan xətt üzrə səmərəli şəkildə inkişaf edəcəyinə, yeni məzmun və birgə layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.