Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Prezident "TUR" xüsusi təyyarəsi ilə Misirin paytaxtı Qahirəyə gəlib.
Onu Qahirə Beynəlxalq Hava Limanında xarici işlər naziri Hakan Fidan, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen və Misir rəsmiləri qarşılayıblar.