AZ

Məktəbdə zəhərlənənlərin sayı KƏSKİN ARTDI

Tovuz məktəbindəki hadisədən sonra 55 nəfər xəstəxanaya müraciət edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.02.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - açıqlamada qeyd olunur.


Seçilən
21
5
news24.az

10Mənbələr