Gürcüstan şirkətləri yeni seçkilərin təyin edilməsi ilə bağlı petisiyaya qoşulub. Belə ki, yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə müraciətə qoşulan gürcü şirkətlərinin sayı mini keçib.
“Freebusiness” platforması dekabrın 15-də işə salınıb. Aksiyaya yeni seçkilərin təyin edilməsini və Avropayönlü etirazların həbsdə olan iştirakçılarının azad edilməsini müdafiə edən iş adamları da qoşulur. İştirakçılar arasında telekommunikasiya operatoru “MagtiCom”, “McDonald's Georgia”, “Coca-Cola”nın gürcü istehsalıçısı, “SPAR Georgia” supermarketlər şəbəkəsi və başqaları var. Hələlik yanacaq və oyun biznesinə aid şirkətlər aksiyaya qoşulmayıb.
Hazırda platforma iştirakçılarının sayı 1073 nəfərdir. Daha 900-ə yaxın müraciətə baxılır.
Ülviyyə, Hurriyyet.az