AZ

Dünyanın gözü İranda: Nüvə həmləsi olacaqmı?

Əsəd rejiminin devrilməsi ilə müqavimət oxu zəifləyən İranın İsrailin hücumundan qorunmaq üçün nüvə silahı əldə edə biləcəyi iddiaları bir müddətdir gündəmdədir.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Almaniya, Fransa və Böyük Britaniya birgə bəyanatla çıxış edərək İranın nüvə silahı istehsalında istifadə edilə bilən zənginləşdirilmiş uran ehtiyatını əvvəlkindən daha çox artırdığına dair xəbərdarlıq ediblər.

Son zamanlar ABŞ və İngiltərə mətbuatında bu istiqamətdə yazılar dərc olunub.

Təhlildə Hizbullah və HƏMAS-ın zəifləməsi və Əsəd rejiminin devrilməsi ilə müqavimət oxuna ağır zərbə vurulan İranın İsraildən müdafiə olunmaq üçün nüvə silahı əldə etməyə çalışa biləcəyi qiymətləndirilir.

Bu səbəbdən də İranın nüvə proqramını sürətləndirə biləcəyi iddia edilir.

İranın heç bir mülki əsas olmadan bu ehtiyatı artırdığı iddia edilib.

Onun bu yolla birdən çox nüvə silahı hazırlaya biləcək materialları əldə etdiyi bildirilib.

İranın nüvə proqramı da BMT Təhlükəsizlik Şurasının gündəliyində olub.

Şurada 2015-ci ildə İran və Qərb ölkələri arasında imzalanan və BMT-nin 2231 saylı qətnaməsi ilə dəstəklənən nüvə sazişi müzakirə edilib.

Müqavilənin 10 aydan sonra başa çatacağı qeyd edilib.

İranın BMT-dəki nümayəndəsi bildirib ki, BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqini nəzərdə tutan mexanizm həyata keçərsə, İran sərt cavab verəcək.

Dəniz

Seçilən
29
16
tribunainfo.az

10Mənbələr