2024-cü ilin sonuna "Kapital Bank"ın xalis mənfətini 240 – 250 milyon manat civarında proqnozlaşdırırıq.
Bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2024-cü ilin 10 ayı ərzində Bankın gəliri 206 milyon manat təşkil edib.