AZ

Ərdoğan: Qardaş Azərbaycana D-8 ailəmizə "xoş gəldiniz" deyirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8 (İnkişaf Edən Səkkiz Ölkə -red.) ailəsinə qoşulduğunu bəyan edib.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Misirin paytaxtı Qahirədə keçirilən D-8-in 11-ci Zirvə toplantısında danışıb.

"Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm", - Ərdoğan vurğulayıb.

Bizim.Media

Seçilən
5
18
bizim.media

10Mənbələr