AZ

Pezeşkian İslam ölkələrini birləşməyə çağırdı » AzadMedia.az


İran prezidenti Məsud Pezeşkian Qahirədə keçirilən “İslam səkkizliyi” ölkələrinin birləşdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) sammityində Yaxın Şərq hadisələrilə bağlı çıxış edib.

Prezident Pezeşkian Qərbi bildirib ki, 14 aydan artıqdır ki, Qəzza və Cənubi Livan, indi isə Suriya İsrail rejiminin böyük hücumlarına məruz qalıb. .

Pezeşkiyan İsrailin dinc əhaliyə qarşı soyqırımına diqqət çəkərək deyib:

“Müharibədən zərər çəkmiş qadın, uşaq və digər insanların öldürülməsi İsrail rejimin qeyri-qanuni məqsədlərinin təhlükəsizliyin yayılmasında yeni ölçülərini ortaya qoydu”.

Pezeşkian çıxışına davam edərək vurğulayıb ki, İslam ölkələri birləşməli və İsrailin rejimin təcavüzünə qarşı durmalıdırlar.

"Ümid edirəm ki, Misirin D-8 Təşkilatına sədrliyi dövründə üzvlər arasında dostluq və qardaşlığın dərinləşəcəyinə və hərtərəfli əməkdaşlığın artırılması prosesində ciddi addımlar atılacağına şahid olacağıq".

Prezident Pezeşkian həmçinin vurğulayıb ki, İran D-8 müştərək ideya bankı və kapitalı, müştərək elm və texnologiya parkları yaratmağa, professor və tələbə mübadiləsinə, gənclərə sahibkarlıq təlimləri verməyə hazırdır.
Seçilən
3
2
azadmedia.az

3Mənbələr