AZ

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasındaticarət əməliyyatlarının həcmi 4 milyard 378 milyon 506 min ABŞdolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 426milyon 439 min ABŞ dolları (10,8%) çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 10,16%-i həcmində olub.

11 ayda Azərbaycan Rusiyaya 1 milyard 84 milyon 51 min ABŞdolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrüilə müqayisədə 409 min ABŞ dolları 0,04% çoxdur. Dövr ərzindəRusiya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 4,45%-nitəşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan məhsulidxalını illik müqayisədə 426 milyon 30 min ABŞ dolları (14,8%)artıraraq, 3 milyard 294 milyon 454 min ABŞ dollarına çatdırıb.Dövr ərzində Rusiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının17,55%-ni təşkil edib.

Seçilən
7
2
az.trend.az

3Mənbələr