“Donald Tramp administrasiyası ilə Tehran arasında dialoqun bərpası ehtimalı qalır”.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.
Onun fikrincə, İran nüvə silahı əldə etməyin nəticələrini anlayır və heç bir ABŞ administrasiyası Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək: “Mən əminəm ki, bizim administrasiya bu siyasətə sadiq qaldığı kimi, növbəti administrasiya da həmin siyasətə sadiq qalacaq”. Dövlət Departamentinin rəhbəri həmçinin etiraf edib ki, ABŞ-nin son 20 ildə İranda rejimi dəyişmək cəhdləri uğurlu olmayıb. Onun sözlərinə görə, İranda mühafizəkar insanlar çoxdur və onlar özlərini rejimə borclu hesab edirlər.
Vəli Həsənoğlu,
KONKRET.az