AZ

Azərbaycan və Pakistan XİN rəhbərləri ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Korrespondent.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Görüşdə iki qardaş ölkə Azərbaycan və Pakistan arasında tarixi və mədəni əlaqələrin önəmini vurğulayan tərəflər, ikitərəfli əməkdaşlığın inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər", - paylaşımda qeyd edilib.

"İki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, o cümlədən ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər sahələrdə daha da inkişafı ilə bağlı fikirlər mübadiləsi apardıq. Regionda təhlükəsizlik vəziyyəti də gündəmin əsas mövzularından biri oldu", - Ceyhun bayramov "X"dəki paylaşımında qeyd edib.

Seçilən
0
3
korrespondent.az

4Mənbələr