AZ

Abbas Əraqçi Hakan Fidanla Suriyanı müzakirə etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Misirin paytaxtı Qahirədə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, tərəflər Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Onlar Suriya və Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
8
9
teleqraf.com

10phrase_var_article.sources