AZ

Mirziyoyev generalın ölümünə görə Putinə zəng etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya lideri Vladimir Putinə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Şövkət Mirziyoyev Vladimir Putini ilin yekunları üzrə birbaşa xəttin uğurlu keçirilməsi və geniş mətbuat konfransı münasibətilə təbrik edib.

Mirziyoyev Putinlə söhbətində general İqor Kirillovun vəfatı ilə əlaqədar başsağlığı verib, terror aktını qətiyyətlə pisləyib. Rusiya və Özbəkistan liderləri terrorizmlə mübarizədə iki ölkənin kəşfiyyat xidmətləri arasında əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını vurğulayıblar", - deyə Kremlin məlumatında deyilir. 

Qeyd edək ki, Kirillovun qətlinə görə, Özbəkistan vətəndaşı Əhməd Qurbanov həbs edilib.

phrase_var_article.chosen
22
11
unikal.az

10phrase_var_article.sources