Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün bir daha müqavilə bağlanmayacaq.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, müqavilənin imzalanmamasından “Qazprom” heç nə itirməyəcək, əksinə “sağ” çıxacaq.
“Hər şey aydındır. Bu (tranzit) müqavilə artıq mövcud olmayacaq. Ancaq “Qazprom” bundan zərər etməyəcək”, – deyə Putin vurğulayıb.