2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İrana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalıb və 234 milyon 254 min 52 dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2024-cü ilin noyabr ayında isə Türkiyə İrana 23 milyon 690 min 95 dollar dəyərində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 18,6 faiz azdır.
Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi mebel ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollar olub. Noyabr ayında isə Türkiyə 671 milyon 664 min dollar dəyərində mebel ixrac etmişdir ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azalma göstərir.
Qeyd edək ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə ümumilikdə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.