AZ

Poqbanın qaçırılmasında qardaşı da iştirak edibmiş -

Məşhur futbolçusu Paul Poqbanın böyük qardaşı Matias Poqbaya həbs cəzası verilib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ildə Parisdə maskalı qrup tərəfindən qaçırılan Paul Poqba cinayət işi ilə bağlı məhkəmə qərarını elan edib. Fransız futbolçunun qaçırılmasına cəhd edən şəxslər arasında qardaşı Matias Poqbanın da iştirak etdiyi müəyyənləşib.

Silahlı qrupla birgə hərəkət etdiyi sübut edilən Mathias "mütəşəkkil soyğun" və "soyğun cəhdi" maddələrilə təqsirli bilinib. Məhkəmə ona 2 ili şərti olmaqla ümumilikdə 3 il həbs cəzası verib. Adam oğurluğu hadisəsində şəxsən iştirak etməsə də, həmin şəxslərlə əlaqə saxladığı videonun ortaya çıxması Matiasın günahını sübut edib.

phrase_var_article.chosen
26
metbuat.az

1phrase_var_article.sources