AZ

Qafar Dəmirçi azadlığa buraxıldı

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb.

Demokrat.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib.

Bu səbəbdən Qafar Dəmirçi və işçiləri barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar istintaq təcridxanasından sərbəst buraxılıblar.

Qeyd edək ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.

phrase_var_article.chosen
14
30
demokrat.az

10phrase_var_article.sources