AZ

70-dən çox şagirdin zəhərlənməsi ilə bağlı yeni DETALLAR

Tovuz rayonunun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində tüstülənmə nəticəsində baş verən zəhərlənmə ilə bağlı təfərrüat məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, məktəbin şagirdi Rəbiyə Əhmədova Baku TV-yə açıqlamasında bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:

"Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinfimizdə tüstü yox idi. 3 sinifdə tüstü çıxdıqdan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi".

Hadisə ilə bağlı danışan valideyn Şahlar Quliyev isə zəhərlənən şagirdlərdən bəzilərinin vəziyyətinin yaxşı olmadığını qeyd edib:

"Övladım qaça-qaça gəlib dedi ki, soba partlayıb, uşaqlar tüstüdən zəhərləniblər. Yaxınlıqda yaşayırıq. Gələndə gördüm ki, təcili tibbi yardım maşınları məktəbdədir. Valideynlərdən bir neçəsi ilə əlaqə saxlamışam. Deyirlər ki, uşaqların vəziyyəti qənaətbəxş deyil".

TƏBİB-dən bildirilib ki, məktəbdə zəhərlənən 71 nəfərin hər biri evə buraxılıb. 

Seçilən
16
3
bakivaxti.az

10Mənbələr