AZ

ABŞ hökuməti yeni şatdaunla üzləşə bilər

Federal xərclərlə bağlı qanun layihəsinin qəbulunun təxirə salınması ilə ABŞ hökumətin fəaliyyətini dayandırılması (şatdaun) ilə üzləşə bilər.

Yenicag.az xəbər verir ki, mümkün şatdaun dekabrın 21-də yerli vaxtla saat 12:01-də, yəni indiki maliyyələşmənin dayandığı tarixdə başlaya bilər.

Fikir ayrılığı maliyyələşməni gələn il martın 14-nə kimi təmin edəcək xərclərə dair qanun layihəsinin qəbulu ilə bağlıdır.

1500-dən çox səhifədən ibarət qanun layihəsini Konqresdəki Demokratlar Partiyası təmsilçiləri ilə razılaşdıraraq Respublikaçı Nümayəndələr Palatasının spikeri Mayk Conson irəli sürüb. Lakin yeni seçilmiş prezident Donald Tramp bu həftə Respublikaçılardan qanun layihəsini rədd etməyi və danışıqlar masasına qayıtmağı tələb edib. Layihəyə demokratların irəli sürdüyü bəzi xərclər respublikaçıların qanun layihəsini dəstəkləməkdən çəkinməsinə gətirib çıxarıb.

Trampın müttəfiqi Elon Musk da qanun layihəsinə qarşı olduğunu bildirib.

Federal hökumət işini dayandırarsa, bir çox dövlət qulluqçusu məzuniyyətə çıxarılacaq, lakin hüquq-mühafizə və hava hərəkətinə nəzarət kimi vacib xidmətləri göstərənlər işlərinə davam edəcəklər. Bu işçilərin heç biri Konqres yeni qanun layihəsini təsdiq edənə qədər maaş almayacaq.

Maliyyələşdirməyə dair yeni qanun layihəsi imzalanana qədər hökumət işini dayandıracaq./Azertag/

phrase_var_article.chosen
10
7
yenicag.az

8phrase_var_article.sources