AZ

Erməni jurnalist Azərbaycanla bağlı sual verdi, sərt cavab aldı

“Ermənistanın hökumətyönlü teleqram kanallarını oxumaq xəstəliyə səbəb ola bilər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın teleqram kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistandan silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırarkən deyib.

“Ermənistanda hökumətyönlü teleqram kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır. Bəzən elə cəfəngiyyatlar yayırlar ki...”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir.

Seçilən
32
1
sportinfo.az

9Mənbələr