AZ

"Qarabağ"ın Avropadakı uğursuzluğuna səbəb nədir? - RƏY

"Bu mövsüm "Qarabağ"ın avrokuboklarda uğursuz çıxışının bir neçə səbəbi var".

Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib.

O qeyd edib ki, "Qarabağ" uzun illərdir ölkəmizi avrokuboklarda uğurla təmsil edir:

"Üstəlik, "Qarabağ" hər il daha böyük nailiyyətlərə nail olaraq, yeni tarix yazaraq diqqətləri öz üzərinə çəkir. Lakin bunlar elə də asan başa gəlmir. Artıq ardıcıl 11 ildir Avropada qrup mərhələsində oynamaq futbolçulara, məşqçilər heyətinə, bütünlükdə komandaya həm fiziki, həm də psixoloji yorğunluq gətirir. Nəzərə almaq lazımdır ki, komanda mövsüm ərzində çox sayda oyuna çıxır. Yəni fiziki yorğunluq hazırkı uğursuzluğun əsas səbəblərindən biridir".

364519

Mütəxəssis bildirib ki, psixoloji yorğunluq daha ciddi səbəbdir:

"Çünki "Qarabağ" Azərbaycanı Avropada uğurla təmsil edən yeganə komanda olduğu üçün hər zaman təzyiq altında qalır. Uğur qazanmağa məcbur olan bir komanda olaraq hər oyuna maksimum köklənmək və 100 faiz performans göstərmək tələb olunur. Bu isə istər-istəməz yorğunluğa gətirib çıxarır. Düşünürəm ki, komanda təzyiq altında oynamaqdan yorulduğu üçün istirahətə ehtiyacı var". 

Kənan Məstəliyevin sözlərinə görə, bəzi futbolçular tam olaraq "Qarabağ"a köklənə bilmirlər:

"Onların bəzilərinin fikri başqa yerdədir. Hər şeyə rəğmən, hesab edirəm ki, "Qarabağ" futbol olaraq uğursuz çıxış etmir. Komandamız "Lyon", "Tottenhem", "Ayaks" və digər rəqiblərə çox yaxşı futbol oynayır. 

Sadəcə olaraq futbolçularımız şansları düzgün qiymətləndirə bilmirlər. Məncə, qış fasiləsində futbolçular yaxşı istirahət edər və bərpa prosesindən uğurla keçərsə, yenidən əvvəlki "Qarabağ"ı meydanlarda görəcəyik".

Pərviz

Seçilən
27
50
hit.az

10Mənbələr