AZ

Xalq artistinin şirkəti bağlandı

Rusiyanın Xalq artisti Andrey Makareviçin “Qeyri-zorakılıq fəlsəfəsi” adlı Moskva şirkəti bağlanıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyada Federal Vergi Xidməti qərar qəbul edib. 

Təşkilat 2023-cü ilin yanvarında yaradılıb.

Makareviç “Qeyri-zorakılıq fəlsəfəsi” vasitəsilə mühazirələr və tematik görüşlər təşkil etmək, “zorakılıqsız etiraz” ideyalarını təbliği niyyətində olub.

Lakin İsrailin Qəzza zolağına hücumundan sonra o, fikrini dəyişib. O vaxtdan bəri şirkət fəaliyyət göstərməyib.

Vergi idarəsi yoxlama aparıb və təşkilatın işləmədiyinə əmin olaraq şirkəti ləğv edib. 


Seçilən
19
news24.az

1Mənbələr