Meksikanın Tabasko ştatında həbsxanada baş verən iğtişaşda iki məhbus ölüb.Meksika mətbuatında yer alan xəbərə görə, ştatın Kreset şəhərində bəzi məhbusların başqa həbsxanaya köçürülməsi iğtişaşlara səbəb olub.Hadisələr zamanı 2 məhbus ölüb, bir neçə məhbus isə yaralanıb.Dövlət Təhlükəsizlik katibi Viktor Hüqo Çaves mətbuata verdiyi açıqlamada iğtişaşın 2 məhbusun təhvil verilməsi səbəbindən baş verdiyini və polisin həbsxanada təhlükəsizliyi təmin etmək üçün əməliyyat keçirdiyini bildirib.Məhkumlar müxtəlif mebel və zibilləri yandırıblar. Əməliyyat zamanı çoxlu sayda silah, kəsici alətlər və partlayıcı materiallar ələ keçirilib.Digər tərəfdən üsyanı eşidən məhbusların yaxınları məlumat almaq üçün həbsxananın qarşısına toplaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta