AZ

Prezident Ərdoğan Suriyaya səfər edəcək

Türkiyə Milli KəşfiyyatTəşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfər edəcəyinə dair məlumat yayılıb. 

“Cebheinfo.az” xəbər verir ki, səfərə hazırlıq məqsədilə Həma, Homs və İdlib istiqamətində havadan və qurudan fövqəladə  müdafiə qalxanının yaradılması üçün işlərə başlanıldığı bildirilir.

Silahlı müxalifətin Suriyada hakimiyyəti ələ keçirməsindən sonra Dəməşq Prezident Ərdoğanı gözləyir. 

Dövlət Hava Limanları İdarəsi və Türk Hava Yollarından (THY) bir qrup Dəməşqə gələrək yoxlamalar aparıb. Komanda daha sonra Hələb Beynəlxalq Hava Limanından keçərək orada yoxlamalar aparıb.

Dəməşqdəki mənbələr Ərdoğanın yaxın 15 gün ərzində Əməvi məscidini ziyarət edə biləcəyini bildirsə də, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani ilə görüşəcəyi gözlənilir.

Bundan başqa, Ərdoğanın səfər proqramına Suriya türkmənləri ilə də görüş də daxildir.

Prezidentin təhlükəsizliyini təmin etmək üçün Həma, Homs və İdlib xətti boyunca fövqəladə şəkildə havadan və qurudan mühafizə qalxanı yaradılacaq. Türk radarları da işə salınacaq və bütün hava hərəkətliliyi nəzarətə götürüləcək.

Digər tərəfdən, bəzi siyasi partiya liderlərinin, Ərdoğanı tənqid edən jurnalistlərin, şərhçilərin və QHT rəhbərlərinin rəsmi orqanlardan Dəməşqə getmələrini xahiş etdikləri barədə məlumatlar var. 

“Türkiyə” qəzetinin xəbərinə görə, bu adlar arasında son günə qədər Bəşər Əsədi dəstəkləyənlər də var.

Seçilən
32
cebheinfo.az

1Mənbələr