AZ

Türkiyəli iş adamları ilə Qarabağda biznes qurmaq imkanları müzakirə edilib

Türkiyənin məşhur OSTİM Tibb Sənayesi Klaster Dərnəyinin rəhbərliyi və üzvləri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) görüş keçirilib.

ASK-nın məlumatına görə, görüşdə Türkiyənin iş adamları Azərbaycanda investisiya mühiti, xüsusən də Qarabağda biznes qurmaq imkanları ilə bağlı geniş müzakirələr aparıblar.

Konfederasiyanın İcra Aparatı iş adamlarının suallarını cavablandırıb və Qarabağla bağlı iqtisadi təşviqlərə, dövlət dəstək tədbirlərinə dair materialları bölüşüb.

Seçilən
14
vergiler.az

1Mənbələr