AZ

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyatın tənzimlənməsində vergi siyasətinin rolu böyükdür. Bu gün ölkəmizdə müxtəlif növ vergi tutulmaları həyata keçirilir. Bunlardan biri də ölkəyə gətirilən avtomobillərə tətbiq edilən vergi və rüsumlardır.
Nümunə olaraq 25 min dollarlıq dizellə işləyən avtomobil üçün tutulan rüsumlar bunlardır: idxal gömrük rüsumu - 5 304 manat, ƏDV - 9 564.12 manat, gömrük yığımları - 120 manat, aksiz vergisi - 3 600 manat, vəsiqə haqqı - 30 manat, elektron gömrük xidməti haqqı - 30 manat, elektron gömrük xidməti üzrə ƏDV - 5.4 manat, utilizasiya haqqı - 400 manat, gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manat, standartlara uyğunluğa dair verilən sertifikat üçün dövlət rüsumu - 30 manat. Əgər bir vətəndaş 25 min dollarlıq dizellə işləyən avtomobil gətirmək istəsə, ümumilikdə 19 113.52 manat gömrük rüsumu ödəməlidir.
Təbii ki, bu ödəniş avtomobilin istehsal ilinə, mühərrik gücünə bağlı olaraq dəyişir. Bu rəqəm kifayət qədər yüksəkdir. Hesablamalar zamanı avtomobilin növü nəzərə alınmır. Məsələn kənd təsərrüfatında yolsuzluq avtomobili kimi tanınan "Pickup", "Minivan", "Doblo" tipli avtomobillərə də güzəşt olunmur. Onlardan da aksiz vergisi alınır.
Ümumiyyətlə, aksiz nədir? Aksiz qiymətli və zinət əşyalarına, mineral xammala, onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növüdür. El dili ilə desək, "varlı vergisi"dir. Halbuki, pikap tipli avtomobillər əsasən sahibkarlar tərəfindən kənd təsərrüfatında istifadə olunur. Bu tip nəqliyyat vasitələri ilə bahalı lüks avtomobili müqayisə etmək nə dərəcədə doğrudur?! İmkanlı şəxs şəhərdə bu avtomobildən niyə gündəlik nəqliyyat vasitəsi kimi istifadə etsin?! Qonşu ölkələrin bu sahədə təcrübəsinə nəzər salsaq, Türkiyədə Özel Tüketim Vergisi anlayışı mövcuddur. Qısaca, ÖTV vergisi. Bizim aksiz vergisi ilə eyni anlayışdır. Normal avtomobillərə mühərrik gücünə bağlı olaraq 45-220%-ə qədər aksiz vergisi tətbiq edilirsə, pikap tipli avtomobillərə, avtobuslara, mikroavtobuslara bu vergi 1-15% arası dəyişir.
Gürcüstan təcrübəsinə nəzər saldığımızda bu rəqəm 5-7% , Norveç, Kanada, İsveçdə bu rəqəm 1-3% arası dəyişir. Bəs Azərbaycanda necə, bu təcrübədən istifadə etmək mümkündürmü?
Daha ətraflı Baku TV-nin videomaterialında:
phrase_var_article.chosen
34
50
oxu.az

10phrase_var_article.sources