AZ

Yeni il süfrəsini daha sağlam etmək üçün MƏSLƏHƏTLƏR

Bəzi yeməkləri əvəz etsəniz, Yeni il süfrəsi daha sağlam ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, rusiyalı dietoloq Antonina Starodubova bunun sirlərini bölüşüb.

O qeyd edib ki, süfrəni tərəvəz və meyvələrlə doldurmaq məsləhətdir, həmçinin yağlı qidaları pəhriz qidaları ilə əvəz etmək daha yaxşıdır.

Məsələn, əsas yeməyi hazırlamaq üçün pəhrizli, azyağlı ət və quş növlərini - dovşan, toyuq, hindquşu seçmək daha yaxşıdır. 

Yaxudbalıq bişirmək olar. Bu halda, yeməyi göyərti, limon, qoz-fındıq, giləmeyvə və quru meyvələr əlavə etməklə sobada bişirmək məsləhətdir. Həm də bir az zeytun yağı ilə ədviyyat vurun.

Starodubova həmçinin xatırladıb ki, spirt çox yüksək kalorili olur və onun istehlakı iştahı artırdığı üçün həddindən artıq yeməyə kömək edir.

Seçilən
32
cebheinfo.az

1Mənbələr