Bakı. Trend:
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilşənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxtrayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıqtədbirləri həyata keçirilir.
Trend xəbərverir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiməlumat yayıb.
Bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrininbəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar vədigər bəzəklər quraşdırılması işləri yekunlaşıb.
Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmizsürətlə inkişaf edir və bu gün xalqımızın əhval ruhiyyəsi çoxyüksəkdir, buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusihazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayramtərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov,Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramlabağlı bəzədilir.
“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsindəbayramın qeyd edilməsinə dair ənənəni yaşadır və buraya gələnvətəndaşları, turistləri möhtəşəm bir bayram görüntüsü iləqarşılayır.
Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramlabağlı ərazilərində nümunəvi küçələr hazırlansın.
Bu hazırlıqlar, yalnız bayram əhval-ruhiyyəsini yaratmaqlakifayətlənmir, həm də Bakı şəhərinin gözəlliyini və mədənizənginliyini əks etdirir.