AZ

Bəşər Əsəd hökumətinin İraqa qaçmış hərbçiləri Suriyaya qaytarılıb

Hurriyyet.az xəbər verir ki, Bəşər Əsəd hökumətinin İraqa qaçmış hərbçiləri Suriyaya qaytarılıb.

"Anadolu Agentliyi"nin məlumatına görə, İraq hökuməti Bəşər Əsəd devrilməsindən bir gün əvvəl bu ölkəyə pənah gətirmiş bütün suriyalı əsgər və zabitləri Dəməşqdəki yeni hökumətə təhvil verib.

Bu barədə İraqın rəsmi mediasında məlumat verilib.

İraqın Operativ Komandanlığının açıqlamasında deyilir: "Zabitlər, əsgərlər və digər personal üzvləri daxil olmaqla 1905 nəfər suriyalı hərbçi bu yaxınlarda Suriyada baş vermiş hadisələrlə əlaqədar sığınacaq axtararkən İraq sərhədinə gəliblər. İraqın Silahlı Qüvvələri İraq hökumətinin müvafiq icazə aldıqdan sonra, humanitar səbəblərlə onların sərhədi keçməsinə icazə veriblər".

Nazirlik bildirib ki, hərbçilərin sərhədi keçərkən özləri ilə apardıqları silahların və texnikanın hamısı hələlik İraqda mühafizə edilir, Suriyanın yeni hökuməti tam formalaşdıqdan sonra ona təhvil veriləcək. 

Hürr Tərcüman 

 

phrase_var_article.chosen
14
hurriyyet.az

1phrase_var_article.sources