AZ

Bu məhsulların idxalı 8 il ƏDV-dən azad ediləcək

Azərbaycanda istehsal olunan avtobusların satışı, hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad ediləcək. Moderator.az xəbər verir ki, bu barədə Vergilər Məcəlləsinə edilən dəyişiklikdə nəzərdə tutulur. Hazırda Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə 16 dekabrda III oxunuşda qəbul edilib.

Seçilən
36
15
turanpress.com

10Mənbələr