AZ

Türkiyə fəlakətlə üz- üzə - Ərdoğan açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə doğum nisbətinin aşağı səviyyəyə enməsini "mövcud təhlükə" və "fəlakət" adlandırıb.

Milli.Az xəbər verir ki, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş bu barədə açıqlama verib.

O bildirib ki, dünya üzrə orta göstərici 2,32 olduğu halda, Türkiyədəki rəqəm 1,51-ə enib. "Gənc əhalinin azalması və yaşlıların sayının artması sosial təminat sistemində tarazlığa zərər vurur, işçi qüvvəsində problemlərə səbəb olur və sosial xidmətlər üçün daha böyük büdcə tələb edir," - deyə Göktaş qeyd edib.

Son illərdə evlilik və doğum nisbətləri azalıb. İlk nikah yaşı kişilər üçün 28,3 qadınlar üçün isə 25,7-yə yüksəlib. Doğumların sayı isə 2014-cü ildə 1,35 milyondan 2023-cü ildə 958 minə düşüb.

Prezident Ərdoğan "Əhalinin özünü yeniləmə həddi olan 2,1 səviyyəsinin altındayıq. Bu, Türkiyə üçün ciddi təhlükədir," deyərək ən azı üç uşağın vacibliyini bir daha vurğulayıb.

Nərmin
Milli.Az

Seçilən
190
3
milli.az

4Mənbələr