Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Biz Suriyada yeni administrasiyanı tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar”, - Ərdoğan qeyd edib.
Qeyd edək ki, daha əvvəl Ərdoğanın 15 gün ərzində Suriyaya gedəcəyi barədə məlumat yayılmışdı.