AZ

Parlamentari: Prezident də müsahibəsində bildirib ki, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi  müsahibə zamanı səsləndirdiyi fikirlər Prezidentin şəxsi keyfiyyətləri və qlobal liderlik xüsusiyyətlərindən xəbər verir. Onun sözlərindəki erudisiya, fikirlərin məntiqli ardıcıllığı və qlobal baxışı hər kəs tərəfindən maraqla qarşılandı. Prezidentin Gürcüstan, Ukrayna-Rusiya müharibəsi və digər məsələlərə dair dərin təhlili İlham Əliyevin uzaqgörən siyasətindindən irəli gəlir. Bu problemlər haqda bütün dünya liderlər danışırlar, amma İlham Əliyev problemlərin kökü, mahiyyəti haqqında təhlil aparır və həllini ortaya qoyur. Hazırda dünyada qlobal mənada İlham Əliyev kimi liderlərə ehtiyac var.

Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində Ermənistanla bağlı fikirlərinə toxunaraq rəsmi İrəvanın bölgədə təxribatçı əməllərindən danışıb:

 “Ermənistan bir tərəfdən danışıqlar görüntüsü yaradır, digər tərəfdən isə yeni və köhnə müttəfiqləri vasitəsilə silahlanmağa davam edir. Hindistan, Fransa, İran və digər ölkələrlə danışıqlar aparır, hərbi büdcəsini artırır, yeni hücum silahları alır. Bir tərəfdən də mülki müşahidəçi adı altında iki ölkənin şərti sərhədində NATO hərbçilərinin sayını artırır. Bəli, Azərbaycan Ermənistan sərhədinin o tayındakı “müşahidəçilər” NATO ölkələrindən gətirilmiş hərbçilərdir. Onlar mülki formada olsalar da, əslində hərbi qiyafəlidirlər. Bu da narahatlıq doğurur və buna görə də Azərbaycanın siyasi rəhbərliyi bu barədə dəfələrlə həm ABŞ administrasiyasına, həm də Avropa İttifaqının rəhbərliyinə öz narahatlığını bildirib və baş verəcək hər hansı hadisəyə görə məsuliyyətin rəsmi İrəvanın üstünə düşəcəyi xəbərdarlığını edib. Bu barədə cənab Prezident müsahibəsində bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”.

A.Hüseynov diqqəti sülh müqaviləsi ətrafında gedən müzakirələrə cəlb edərək qeyd edib ki,  sülh müqaviləsi qalib tərəfin daha çox üstün maraqları çərçivəsində imzalanmalıdır: 
“Amma Azərbaycan danışıqlarda daha çox beynəlxalq sənədlərə istinad edir, qonşuluq münasibətlərindən çıxış edir, gələcəkdə etimad mühitinin daha tez formalaşmasına çalışır, şərtləri sərtləşdirmir. Ermənistan isə bundan sui-istifadə etmək istəyir, şərt qoyur, Azərbaycana qarşı ərazi iddiasından geri çəkilmək üşün konstitusiyada dəyişiklik etməkdən yayınır. Üstəlik də sülh müqaviləsinə əngəl olan “ATƏT-in Minsk qrupu” adlı qurumun ləğv olunmasına razılıq verməyən İrəvan bununla gələcək hərbi eskalasiya üçün zəmin hazırlayır. Ermənistan işğal dövründə Azərbaycana 150 milyard manatdan artıq ziyan vurub, bunu da ermənilərin nəzərə almaları lazımdır”.
Seçilən
113
50
sherg.az

10Mənbələr