AZ

Dövlət Su Ehtiyatları Agentliyinin binasının üstündə niyə su çəni var?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) binasının üstündə olan su çəni şəhər sakinlərinin diqqətini çəkib.

 

Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

 

Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, binanın üstündəki çən artıq götürülüb.

 

"Binanın dam örtüyündə təmirə ehtiyac yaranmışdı. Həmin çəndə təmir üçün istifadə olunacaq su saxlanılıb. Təmir bitib və artıq çən oradan götürülüb",- deyə açıqlamada qeyd olunub.

 

 

Tarix: 20 Dekabr 2024, 18:28   
phrase_var_article.chosen
19
pravda.az

1phrase_var_article.sources