AZ

BŞTİ: 31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib

Bakı, 20 dekabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən paytaxtın 31 ümumi təhsil müəssisəsində keçirilən keyfiyyət monitorinqinin hesabatları meyar cədvəli üzrə təhlil olunub və nəticələr təhsil müəssisələrinə təqdim edilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı keçirilmiş 22 monitorinqin nəticələri təhsil müəssisələrinə göndərilib.

Seçilən
14
2
azertag.az

3Mənbələr