AZ

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

 

Pravda.az V.Aslanovun dosyesini təqdim edir.

 

O, 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində "Hüquq" ixtisası üzrə təhsil alıb, mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi əldə edib. 2020-ci ildə "Maastricht School of Management"i bitirib. 2004–2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib. 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Tarix: 20 Dekabr 2024, 20:28   
Seçilən
31
11
pravda.az

10Mənbələr