Almaniyadakı terror aktında çox sayda insan həlak oldu
Almaniyanın Saksoniya-Anhalt əyalətində naməlum şəxslər iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.Metbuat.az xəbər verir ki, əyalətin paytaxtı Maqdeburq şəhərində baş verən hadisə zamanı 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı kimi dəyərləndirib.