AZ

ABŞ Budapeştə "Qazprombank"la bağlı güzəştə gedib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ "Qazprombank"a qarşı sanksiyalar çərçivəsində Macarıstana güzəşt edərək Rusiya qazının üç aylıq tədarük haqqını ödəmək hüququ verib. Lakin Budapeşt artıq Moskva ilə alternativ ödəniş variantı barədə razılığa gəlib.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Bolqarıstana səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
"Biz amerikalılarla "Qazprombank"a qarşı sanksiyaların üç ay müddətinə dayandırılması ilə bağlı razılığa gələ bildik ki, təhlükənin qarşısı alınsın. Biz, həmçinin, ruslarla qaz tədarükü üçün alternativ ödəniş metodu barədə də razılığa gəldik", - Orban qeyd edib.
Baş nazir əlavə edib ki, Rusiya qazının Bolqarıstan vasitəsilə Macarıstana tranziti ilə bağlı problem olmamalıdır.
Seçilən
38
50
oxu.az

10Mənbələr