AZ

İtkin düşən professorun meyiti kanaldan tapıldı

İngiltərədə itkin düşən türkiyəli professorun meyiti tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, Londonda yaşayan professor Orhan Ekren noyabrın 26-da getdiyi Camden bölgəsində itkin düşüb. Dekabrın 15-də bir təmizlik işçisi Regent kanalında kişi meyiti görməsi barədə polisə xəbər verib.

Polis həmin meyitin fotolarını professorun itkin düşməsi barədə müraciət edən arvadı Banu Ekrenə təqdim edib. Meyitin həqiqətən də Orhan Ekrenə məxsus olması təsdiqlənib.

Məlumata görə, su kanalının kənarında professora məxsus içərisində islanmış paltarlar olan çanta da tapılıb.



phrase_var_article.chosen
36
news24.az

1phrase_var_article.sources